Yuxarı

Azərbaycan ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub

Azərbaycan ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman baş verib.

Hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi