Yuxarı

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi keçirilib - VİDEO

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi keçirilib - VİDEO
Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub
© Mod.gov.az

Bakı. 22 iyun. REPORT.AZ/ İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi