Yuxarı

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri davam edir - VİDEO

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri davam edir - VİDEO

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan ordusunun təlimlərində qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyətləri təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 17-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi