Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusuna polkovnik rütbəsi verilib

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusuna polkovnik rütbəsi verilib Tədbirdə Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən və həyata keçirilən ardıcıl tədbirlərdən danışılıb
Hərbi
24 İyun , 2017 15:55
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusuna polkovnik rütbəsi verilib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində bir qrup zabitə polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müdafiə nazirinin müvafiq əmrləri şəxsi heyətə çatdırıldıqdan sonra general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrdə görülən irimiqyaslı quruculuq işlərindən və həyata keçirilən ardıcıl tədbirlərdən danışıb.

Nazir vurğulayıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

Son xəbərlər

Orphus sistemi