Yuxarı

Azərbaycan ordusunda sıçrayış marşı üzrə yarışlar başlayıb

Azərbaycan ordusunda sıçrayış marşı üzrə yarışlar başlayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Müdafiə nazirinin Azərbaycan ordusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi birliklərdə sıçrayış marşı üzrə yarışlar başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, motoatıcı, əməliyyat və kəşfiyyat bölmələrinin cəlb olunduğu yarışlarda komandalar müxtəlif məsafələrdə müəyyən olunmuş marşrut üzrə güclərini sınayırlar.

Birincilik uğrunda mübarizədə iştirak edən hərbi qulluqçular bölmələr tərkibində ştat silahları və tam təchizat ilə uzun məsafələri sürətlə qət etməklə dözümlülük və bacarıqlarını təkmilləşdirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi