Yuxarı

Azərbaycan ordusunda səmti müəyyən etmə yarışları başlayıb

Azərbaycan ordusunda səmti müəyyən etmə yarışları başlayıb
© mod.gov.az

Bakı. 30 avqust. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan ordusunda idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyən etmə yarışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabr ayının 3-də mükafatlandırma mərasimi ilə sona çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi