Azərbaycan ordusunda Qələbənin 73-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Azərbaycan ordusunda Qələbənin 73-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir Bakı. 9 may. REPORT.AZ/ Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.
Hərbi
9 May , 2018 13:59
Azərbaycan ordusunda Qələbənin 73-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Bakı. 9 may. REPORT.AZ/ Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində silsilə tədbirlər keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, şəxsi heyət tərəfindən Böyük Vətən müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət edir, müharibə veteranları ilə görüşlər keçirilir, onların qəhrəmanlıqları haqqında filmlər təqdim edilir və digər mədəni-kütləvi tədbirlər təşkil olunur. 

Son xəbərlər

Orphus sistemi