Azərbaycan ordusunda iməcilik keçiriləcək

Azərbaycan ordusunda iməcilik keçiriləcək Bakı. 19 noyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində noyabrın - 24-ü park təsərrüfat günündə iməcilik təşkil olunacaq.
Hərbi
19 Noyabr , 2018 10:01
Azərbaycan ordusunda iməcilik keçiriləcək
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində noyabrın - 24-ü park təsərrüfat günündə iməcilik təşkil olunacaq.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ərazilərin tullantılardan təmizlənməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, eləcə də yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi