Yuxarı

Azərbaycan ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir

Azərbaycan ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir
© Mod.gov.az

Bakı. 27 aprel. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və “Qaraheybət” təlim mərkəzinin bazasında hərbi qulluqçular arasında hərbi beşnövçülük üzrə birincilik yarışları keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, yarışların açılış mərasimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Sadiq Paşayev açılışda çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Qoşun növlərini və birləşmələri təmsil edən 14 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparır. 80-dək hərbi qulluqçu maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, 8 km məsafəyə kross və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi