Azərbaycan ordusunda ən yaxşı Hava Hücumundan Müdafiə batareyası adı uğrunda yarış keçirilir

Azərbaycan ordusunda ən yaxşı Hava Hücumundan Müdafiə batareyası adı uğrunda yarış keçirilir Bakı. 30 may. REPORT.AZ/ Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.
Hərbi
30 May , 2018 19:08
Azərbaycan ordusunda ən yaxşı Hava Hücumundan Müdafiə batareyası adı uğrunda yarış keçirilir

Bakı. 30 may. REPORT.AZ/ Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışlara müxtəlif zenit-raket kompleksləri və zenit qurğuları batareyalarının döyüş heyətləri cəlb olunub.

Bir neçə mərhələdən ibarət yarışlar zamanı batareyaların döyüş heyətləri atış, atəşin idarəolunması, texniki, fiziki, taktiki, atəş və xüsysi hazırlıq üzrə bacarıqlarını nümayiş etdirəcək. Yarışların yekun nəticələrinə görə ən yaxşı HHM batareyası müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi