Yuxarı

Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir

Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası Azərbaycan Ordusunda da davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu gün keçirilən növbəti iməcilikdə şəxsi heyət tərəfindən abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 60 mindən çox müxtəlif növ ağac əkilməsi nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi