“Azərbaycan ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda "dəyirmi masa" keçirilib

“Azərbaycan ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda "dəyirmi masa" keçirilib Bakı. 7 mart. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.
Hərbi
7 Mart , 2018 13:07
“Azərbaycan ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib
Mod.gov.az

Bakı. 7 mart. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda "dəyirmi masa" keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq hər bir hərbi qulluqçunun Vətəni şücaətlə qoruduğunu bildirib.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani milli-mənəvi dəyərlərimizin mənəvi-psixoloji hazırlıqda başlıca mənbə olduğunu vurğulayıb.

Çıxış edənlər milli-mənəvi dəyərlərin təbliği ilə bağlı şəxsi heyətin daha geniş məlumatlandırılması yollarından danışıb, Azərbaycan Prezidentinin hərbi qulluqçuların vəzifə maaşlarının artırılması sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini və bunun dövlətin diqqət və qayğısının təzahürü olduğunu qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi