Müdafiə nazirinin müavini: "Azərbaycan ordusu şəxsi heyətin peşəkarlığı ilə fərqlənir"

Müdafiə nazirinin müavini: "Azərbaycan ordusu şəxsi heyətin peşəkarlığı ilə fərqlənir" Bu il biz 5-ci yubiley “ARMY-2019“ Beynəlxalq Hərbi-Texniki forumunda iştirak etdik. Hər il bu forumda Azərbaycanın Müdafiə Nazirliyi olaraq fəal iştirak edirik. Bizim ordu Rusiya döyüş silahları və texnikası ilə sadəcə tanış deyil, həm də ordumuz bu silahlara sahibdir.
Hərbi
27 İyun , 2019 00:12
Müdafiə nazirinin müavini: Azərbaycan ordusu şəxsi heyətin peşəkarlığı ilə fərqlənir
Foto: "Report"

"Bu il biz 5-ci yubiley “ARMY-2019“ Beynəlxalq Hərbi-Texniki forumunda iştirak etdik. Hər il bu forumda Azərbaycanın Müdafiə Nazirliyi olaraq fəal iştirak edirik. Bizim ordu Rusiya döyüş silahları və texnikası ilə sadəcə tanış deyil, həm də ordumuz bu silahlara sahibdir".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı Səfirliyinin 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil etdiyi təntənəli qəbulda jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Fuad Məmmədov deyib.

Nazir müavini bildirib: “Azərbaycan və Rusiya arasında hərbi texniki tərəfdaşlıq yüksək səviyyədədir. Sentyabrda Azərbaycanda iki dövlətin yüksək rütbəli hərbçilərinin növbəti görüşü planlaşdırılır. Görüş zamanı keçən dövrdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında məruzələrimiz dinlənilir. Həmçinin gələcəkdə hərbi texniki tərəfdaşlığın inkişafı üçün planları müzakirə edirik.”

Azərbaycan ordusunun reqionun ən güclü ordusu olduğunu bildirən F.Məmmədov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətin peşəkarlığı və müasir silahlarla da fərqlənməkdədir.

“Azərbaycan ordusu reqionda ən güçlü ordudur. Bizim ordu bütün hərbi müasir texnikalara malikdir. Bundan başqa, ordumuzda yüksək peşəkarlığı ilə seçilən əməkdaşlarımız var. Hərbçilərimiz Rusiya Federasiyası ilə yanaşı, dünyanın bir çox ölkələrində hərbi biliklərə yiyələnirlər”.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi