Bakı. 25 iyun. REPORT.AZ/ "Son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni biz şərəflə yerinə yetirək".
"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı mərasimindəki çıxışında deyib.
"Təxminən 10 il bundan əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlamışdı. Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz hal olub", - dövlət başçısı bildirib