Azərbaycan Müdafiə Nazirliyi birgə əməliyyat-taktiki təlimləri ilə bağlı açıqlama verib

Azərbaycan Müdafiə Nazirliyi birgə əməliyyat-taktiki təlimləri ilə bağlı açıqlama verib "Belə əməliyyatların hazırlanması təbii ki, bir günün işi deyil"
Hərbi
14 Noyabr , 2014 11:10
Azərbaycan Müdafiə Nazirliyi birgə əməliyyat-taktiki təlimləri ilə bağlı açıqlama verib
Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvәlərinin tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimlərinin Ermənistanın işğal altında olan Dağlıq Qarabağda keçirdiyi təlimlərə cavab verilməsi kimi yozulması barədə fikirlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərhalı "Report"un sorğusuna cavab olaraq deyib ki, təlimlərlə bağlı deyilənlər doğru deyil.

O bildirib ki, təlimlər plana uyğun olaraq həyata keçirilir: "Belə əməliyyatların hazırlanması təbii ki, bir günün işi deyil. Dünənki açıqlamada da deyildiyi kimi, təlimlər təsdiq edilmiş əməliyyat hazırlığı planına əsasən keçirilir".

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələrinin, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb.

Son xəbərlər

Orphus sistemi