Yuxarı

Azərbaycan müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb
Zakir Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək
Azərbaycan müdafiə naziri, general- polkovnik Zakir Həsənov

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa rəsmi səfəri başlayıb.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində general-polkovnik Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi