Yuxarı

Azərbaycan müdafiə naziri "Efes-2016" beynəlxalq təlimlərini müşahidə edib

İ​zmir şəhərində keçirilən Efes-2016 beynəlxalq təlimlərinin yekun mərhələsi Doğanbey poliqonunda baş tutub

Bakı. 31 may. REPORT.AZ/ İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.
Sonra Türkiyənin Quru Qoşunlarının komandanı ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi