​Azərbaycan müdafiə naziri bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verib

​Azərbaycan müdafiə naziri bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verib Zakir Həsənov: "Qarşımızda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır"
Hərbi
18 Mart , 2016 19:04
​Azərbaycan müdafiə naziri bir qrup hərbi qulluqçuya polkovnik rütbəsi verib

Bakı. 18 mart. REPORT.AZ/ Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

"Qarşımızda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır. Siz də bütün Silahlı Qüvvələrimizin şəxsi heyəti kimi Ali Baş Komandanın və xalqımızın etimadını doğruldaraq bu müqəddəs vəzifənin yerinə yetirilməsinə hazır olmalısınız", - deyə müdafiə naziri bildirib.

Təltif olunan zabitlər göstərilən etimada görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət rütbələrə təqdim olunmalarının Novruz bayramı ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi