Azərbaycanın müdafiə naziri Bəhreyn kralı ilə görüşüb

Azərbaycanın müdafiə naziri Bəhreyn kralı ilə görüşüb Kral iki ölkə arasında hərbi əməkdaşlığı yüksək qiymətləndirib
Hərbi
26 Dekabr , 2014 11:12
Azərbaycanın müdafiə naziri Bəhreyn kralı ilə görüşüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri Zakir Həsənov Manamada Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə ilə görüşüb. 

"Report" "Gulf Daily News"a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olsuğu vurğulanıb. 

Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə ikitərəfli əməkdaşlıq üçün möhkəm əsasların olduğunu vurğulayıb və Bəhreynin həmin münasibətləri gələcəkdə də inkişaf etdirmək niyyətində olduğunu bildirib. 

Görüşdə tərəflər arasında dekabrın 25-də birgə hərbi əməkdaşlıq paktının yerinə yetirilməsi haqqında preambulanın imzalandığı məmnunluqla xatırlanıb. 

Həməd bin İsa əl-Xəlifə paktın imzalanmasını yüksək qiymətləndirib və qeyd edib ki, bu addım hərbi sahədə əməkdaşlığı daha da möhkəmləndirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi