Yuxarı
    Bağlamaq

    Azərbaycan müdafiə naziri Almaniya səfiri ilə görüşüb

    Mixael Kindsqrab ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 21-də Almaniya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.

    Nazirlikdən "Report"a verilən məlumata görə, Z.Həsənov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu qeyd edərək, ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi-təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivindən danışıb.

    Səfir ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi