Yuxarı

Azərbaycan MDB ölkələrinin Silahlı Qüvvələrinin qərargah rəislərinin görüşündə təmsil olunur - YENİLƏNİB

Azərbaycan MDB ölkələrinin Silahlı Qüvvələrinin qərargah rəislərinin görüşündə təmsil olunur - YENİLƏNİB
MDB ölkəsinin 8 SQ qərargah rəisi birlik məkanında hərbi təhlükəsizliyə təhdidləri təhlil edəcəklər

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Ayaz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin aprelin 20-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən növbəti iclasında iştirak edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.


*** 10:53

Bu gün Rusiya Federasiyasının Kazan şəhərində 8 MDB ölkəsinin, o cümlədən Azərbaycanın Silahlı Qüvvələrinin (SQ) Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

Bu barədə "Report" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"İclas Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə keçəcək. MDB-nin səkkiz ölkəsindən nümayəndə heyətinin iştirakı planlaşdırılır", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Kazanda Rusiyadan başqa, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın nümayəndələri olacaqlar.

"Görüş zamanı iştirakçılar mövcud hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq və MDB məkanında hərbi təhlükəsizliyə təhdidləri təhlil edəcəklər", - qurumdan bildirilib.

Bundan əlavə, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etmək planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi