Azərbaycanla Macarıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla Macarıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub Müdafiə naziri Zakir Həsənov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Hərbi
9 Dekabr , 2016 16:40
Azərbaycanla Macarıstan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 9-da Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tərəflər 2017-ci ilin yanvar ayından etibarən NATO-nun Azərbaycandakı təmsilçiliyinin Rumıniyanın Bakıdakı səfirliyindən Macarıstan səfirliyinə keçməsini və gələcək fəaliyyət imkanlarını ətraflı müzakirə ediblər.
Bundan əlavə, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf dinamikası, hərbi əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.
Müdafiə naziri diplomata Azərbaycanın NATO, eləcə də Macarıstanla əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Səfir də öz növbəsində Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi