Yuxarı

Azərbaycan jurnalistləri üçün təcrübə poliqonu təlimləri keçirilib - FOTO - VİDEO

Tədbir Müdafiə Nazirliyinin təlim bazasında reallaşdırılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Azərbaycanda ilk dəfə həyata keçiriliən “Ekstrimal jurnalistlərin təcrübə poliqonu təlimləri” layihəsinin birinci mərhələsi başa çatıb. “Report”un məlumatına görə, təlimlər “Dinc Dünya”Araşdırma Mərkəzinin təşkilatçılığı və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müdafiə Nazirliyinin təlim bazasında reallaşdırılıb. Təlimlər “Dinc Dünya”Araşdırma Mərkəzinin sədri Alisafa Mehdiyev və Müdafiə Nazirliyinin hərbçilərinin  rəhbərliyi altında keçirilib.

Layihə çərçivəsində jurnalistlərə özünü qoruma, müşahidə mövqelərini düzgün seçmə, informasiya əldə etmə və onu ötürmə, eyni zamanda bu prosesləri həyata keçirərkən döyüşçülərə mane olmama qaydalarını mənimsəmə barədə təlimlər keçirilib.

Təlim zamanı Silahlı Qüvvələrdə maddi-texniki təminatın qayda və xüsusiyyətləri, motoatıcı silahlarının taktiki-texniki xüsusiyyətləri, silahlarla davranma qaydaları, ballistik silahların taktiki-texniki xassələri, silah-sursat və hərbi texnika haqqında qanunla hansı halda və şəraitdə informasiya yayımına yol verilməsi, fövqəladə halların xarakteristikası, ekstrimal şəraitdə davranış metodları barədə məlumatlar verilib.

Həmçinin, təlimlərdə jurnalistlər ekstremal vəziyyətdə təhlükəsizlik tədbirləri, döyüş fəaliyyəti rayonunda hərəkət qaydaları, ərazinin relyefindən və fortifikasiya qurğularından istifadə, döyüşə hazırlıq və döyüşün gedişi zamanı müşahidə üsulları, informasiya toplama zamanı müxbirin, reportyorun düzgün davranış normaları, snayperdən, imitasiya vasitələrindən, gözlənilməz xəsarətlərdən özünü qorumaqla döyüş prosesini izləmə və informasiya toplama, minalardan və əldə hazırlanmış partlayıcı qurğulardan qorunma xüsusiyyətləri, yaralanma, əzilmə, bədbəxt hadisəyə uğrama zamanı davranış qaydaları, ilk yardım məşqləri, səhra şəraitində qidalanma qaydaları ilə tanış olublar.

“Report”un əməkdaşının da qatıldığı təlimlərdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif KİV-lərin nümayəndələri və BDU-nun Jurnalistika fakültəsinin tələbələri iştirak ediblər. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi