Yuxarı

Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 20-də Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Serbiya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.
İki ölkə arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən səfir Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi