Azərbaycan ilə Böyük Britaniya Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Böyük Britaniya Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Zakir Həsənov Britaniya Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Hərbi
3 Avqust , 2016 19:27
Azərbaycan ilə Böyük Britaniya Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Karol Krofts ilə görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, müdafiə naziri qonağı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. 

Sonda Müdafiə naziri səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.

Britaniyalı diplomat isə öz növbəsində əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi