Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb Bakı. 7 mart. REPORT.AZ/ Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Hərbi
7 Mart , 2019 14:10
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Bakı. 7 mart. REPORT.AZ/ Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019/2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Son xəbərlər

Orphus sistemi