Yuxarı

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Dinlə
© mod.gov.az

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko və Belarus müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi, general-mayor Sergey Simonenko ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi