Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər Azərbaycan hərbçiləri enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursunda iştirak edəcəklər
Hərbi
26 Sentyabr , 2015 10:53
Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbyacan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan hərbçiləri sentyabrın 28-dən oktyabrın 2-dək Almaniyanın Oberammerqau şəhərində enerji təhlükəsizliyi sahəsində şəraitə strateji nəzarət kursunda, oktyabrın 29-dan noyabrın 13-dək Qarmiş-Partenkirxen şəhərində Ali Təhlükəsizlik Proqramı üzrə növbəti kursunda, sentyabrın 30-dan oktyabrın 1-dək Finlandiyanın Helsinki şəhərində Əməliyyat İmkanları Konsepiyası Proqramının illik konfransında iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi