Yuxarı

​Azərbaycan hərbi təyyarələri “TurAz Şahini 2015” təlimlərindən Vətənə qayıdıb - FOTO

Şəxsi heyət şərti düşmənin yer hədəflərinə bomba və top zərbələri endirilməsi və praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər

Bakı. 7 aprel. REPORT.AZ/ İllik hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Respublikasında keçirilən "TurAz Şahini 2015" birgə təlimlərində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri Vətənə qayıdıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, təlimlərdə iştirak edən şəxsi heyət müxtəlif növ döyüş tapşırıqları, o cümlədən, şərti yaxın hava döyüşləri, birgə hava uçuşları, qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatı, şərti düşmənin yer hədəflərinə bomba və top zərbələri endirilməsi və praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi