Azərbaycan hərbi dənizçilərinin İrana səfəri zamanı gəmilər qarşılıqlı ziyarət olunub

Azərbaycan hərbi dənizçilərinin İrana səfəri zamanı gəmilər qarşılıqlı ziyarət olunub Sonda dənizçilərimiz İran hərbi dənizçilərinə Azərbaycan mətbəxinin dadlı təamlarını təqdim ediblər
Hərbi
8 Oktyabr , 2017 15:40
Azərbaycan hərbi dənizçilərinin İrana səfəri zamanı gəmilər qarşılıqlı ziyarət olunub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan hərbi dənizçilərinin İrana səfərinin növbəti günündə planlaşdırılmış tədbirlər həyata keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, gəmi heyətləri və rəhbər şəxslərin iştirakı ilə hər iki ölkənin gəmiləri ziyarət edilib.

İlk olaraq İran hərbi dənizçiləri Azərbaycan gəmisini ziyarət ediblər. Gəmi ilə tanışlıqdan sonra qonaqları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan dənizçilərindən ibarət heyət isə İranın “Cövşən” raket katerini ziyarət ediblər.

Sonda dənizçilərimiz İran hərbi dənizçilərinə Azərbaycan mətbəxinin dadlı təamlarını təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi