Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri İranda səfərdədir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri İranda səfərdədir Səfər zamanı hərbi dənizçilərimizin bir sıra tədbirdə və görüşdə iştirakı nəzərdə tutulub
Hərbi
6 Oktyabr , 2017 13:28
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri İranda səfərdədir
Mod.gov.az

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinin İrana dostluq səfəri başlayıb. 

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan hərbi dənizçilərini Ənzəli limanında İran Hərbi Dəniz Qüvvələrinin nümayəndələri təntənəli şəkildə qarşılayıblar.

İranın Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının qərargahında baş tutan görüşdə donanma komandanı vitse-admiral Əhmədrza Bağeri Azərbaycan nümayəndə heyətini qəbul edib.

Görüşdə Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycan hərbi dənizçiləri ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi birinci dərəcəli kapitan Sübhan Bəkirov öz növbəsində hərbi dənizçilərimizin İrana ilk dəfə səfər etmələrindən məmnunluq hissini keçirdiklərini və bunun Silahlı Qüvvələrimiz arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin inkişafına xidmət etdiyini bildirib.

Səfər zamanı hərbi dənizçilərimizin bir sıra tədbirdə və görüşdə iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi