​Azərbaycan Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığı yoxlanılır

​Azərbaycan Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığı yoxlanılır Bu, FHN və DSX ilə birgə keçiriləcək təlimlərə hazırlıq məqsədi daşıyır
Hərbi
4 Noyabr , 2014 18:26
​Azərbaycan Hərbi Dəniz Qüvvələrində döyüş hazırlığı yoxlanılır

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və Hərbi Dəniz Qüvvələri komandanlığı gəmilər və heyət tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi səviyyəsi, döyüş manevretmə və idarəetmə, həmçinin qarşılıqlı əlaqə imkanlarını yoxlayır. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilib ki, təlim-məşqləri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə keçiriləcək təlimlərə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, bu təlimlər Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən keçirilir.

Son xəbərlər

Orphus sistemi