Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək təlimlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək təlimlərdə iştirak edəcək Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan ABŞ və başqa dövlətlərin iştirakı ilə Aralıq dənizinin Türkiyə hissəsində keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.
Hərbi
25 Sentyabr , 2018 17:19
Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək təlimlərdə iştirak edəcək
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan ABŞ və başqa dövlətlərin iştirakı ilə Aralıq dənizinin Türkiyə hissəsində keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Baş Qərargahdan bildirilib ki, təlimlər sentyabrın 28-də başlayıb, oktyabrın 7-də başa çatacaq.

“Mavi balina-2018” adlanan hərbi dəniz təlimləri Aralıq dənizinin şərqində keçiriləcək. Təlimlərdə ABŞ və NATO üzvü olan digər ölkələrin, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri iştirak edəcək.  

Son xəbərlər

Orphus sistemi