Yuxarı

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq tədbirlərdə iştirak edirlər

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bakı. 1 fevral. REPORT.AZ/ Fevralın 1-dən 3-dək Roma şəhərində (İtaliya) NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransı, fevralın 1-dən 5-dək Ankara şəhərində (Türkiyə Respublikası) terrorçuluqla mübarizə kursu, fevralın 1-dən 12-dək isə kiber müdafiə kursu, fevralın 1-dən martın 4-dək İstanbul şəhərində (Türkiyə Respublikası) partlayıcı maddələrin aşkarlanması kursu keçirilir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi