Yuxarı

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq qış təliminə hazırlaşır

Bakı. 6 fevral. REPORT.AZ/ Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasına yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Sərt iqlim və çətin relyef şəraitində döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi