Yuxarı
    Bağlamaq

    Azərbaycan hərbçiləri “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvaya gedib

    Hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcəklər© Mod.gov.az

    Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın hərbi aşpazları “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Moskvadadır.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata yaxın günlərdə Azərbaycan, Belarus, Serbiya, Monqolustan, İsrail və Rusiya komandalarının heyətləri təlimat keçəcək, təhlükəsizlik tədbirləri və texniki vasitələrin istismarını öyrənəcək, qida məhsulları ilə işləmək üçün icazə verilməsi məqsədilə tibbi müayinə olunacaqlar.

    İyulun 29-da hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə məharətlərini nümayiş etdirəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi