Yuxarı

Azərbaycan hərbçiləri Qazaxıstana gedib

Azərbaycan hərbçiləri Qazaxıstana gedib

Bakı. 25 iyul. REPORT.AZ/ “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycanın artilleriyaçılardan ibarət komandası Qazaxıstana yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqə Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi