Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər Tbilisi. 1 avqust. REPORT.AZ/ Avqustun 1-də Gürcüstanın Vaziani Təlim Mərkəzində Ləyaqətli Tərəfdaş 2018 çoxmillətli təliminin açılış mərasimi olub.
Hərbi
1 Avqust , 2018 11:32
Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak edirlər
Report
0 : 00
0 : 00

Tbilisi. 1 avqust. REPORT.AZ/ Avqustun 1-də Gürcüstanın Vaziani Təlim Mərkəzində "Ləyaqətli Tərəfdaş 2018" çoxmillətli təliminin açılış mərasimi olub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, açılış mərasimində Gurcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir Mamuka Baxtadze, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər iştirak ediblər.

Avqustun 15-dək davam edəcək tədbirdə 13 ölkədən 3000 qədər hərbi qulluqçu iştirak edir. Təlimdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Gürcüstan, Estoniya, Polşa, Almaniya, Fransa, Türkiyə, Ukrayna və Ermənistan hənrbçiləri iştirak edirlər.

Təlimin məqsədi regionda təhlükəsizlik və sabitliyin artması, müdafiə və hücum əməliyyatlarında döyük imkan və qabiliyyətlərinin təkmilləşdilməsi, NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları ilə qarşılıqlı uzlaşmanın inkişaf etdirilməsidir.

Təlim 5-ci dəfədir Gürcüstanda keçirilir.

Son xəbərlər

Orphus sistemi