Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq logistika təlimində iştirak edirlər

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq logistika təlimində iştirak edirlər Gürcüstanda çoxmillətli komanda-qərargah logistika təliminə (“LOGDEV 2019”) start verilib.
Hərbi
6 May , 2019 13:33
Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq logistika təlimində iştirak edirlər

Gürcüstanda çoxmillətli komanda-qərargah logistika təliminə (“LOGDEV 2019”) start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoria, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimdə Azərbaycanla yanaşı Albaniya, ABŞ, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Gürcüstan, Serbiya, Ukrayna, Finlandiya, İsveç və Xorvatiyadan, ümumilikdə, 130 hərbçi iştirak edir. 

Təlimin məqsədi çoxmillətli əməliyyatların planlaşdırılması və yerinə yetirilməsində NATO standartlarına uyğun logistik heyət və logistik dəstəyin hazırlanmasıdır.

Beynəlxalq logistika təlimi mayın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi