​Azərbaycan hərbçiləri Dağıstanda beynəlxalq hərbi-dəniz müsabiqəsində iştirak edirlər

​Azərbaycan hərbçiləri Dağıstanda beynəlxalq hərbi-dəniz müsabiqəsində iştirak edirlər "Dəniz kuboku-2016" avqustun 11-dək davam edəcək
Hərbi
31 İyul , 2016 16:19
​Azərbaycan hərbçiləri Dağıstanda beynəlxalq hərbi-dəniz müsabiqəsində iştirak edirlər

Bakı. 31 iyul. REPORT.AZ/ Dağıstanın Kaspi şəhərində "Ordu beynəlxalq oyunları - 2016" çərçivəsində suüstü gəmilərin heyət üzvləri arasında "Dəniz kuboku-2016" beynəlxalq hərbi-dəniz müsabiqəsi start götürüb.

"Report" xəbər verir ki, yarışlarda Azərbaycan, Rusiya və Qazaxıstandan 130-a yaxın hərbçi iştirak edir.

Yarışların təntənəli açılış mərasimində Dağıstan baş nazirinin müavini Ramazan Cəfərov və Xəzər donanması komandanının müavini, 1-ci dərəcəli kapitan Sergey Yekimov iştrak edib.

"Mən Azərbaycan və Qazaxıstan komandalarına təklifimizə cavab verərək "Dəniz kuboku" beynəlxalq müsabiqəsinə qatıldıqları üçün minnətdarlığımı bildirmək istəyirəm", - deyə Yekimov açılış mərasimində bildirib.

Müsabiqəyə avqustun 11-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi