Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunları-2019-da iştirak edəcəklər

Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunları-2019-da iştirak edəcəklər Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.
Hərbi
19 İyul , 2019 14:59
Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunları-2019-da iştirak edəcəklər

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi