Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları ilə bağlı konfransa qatılacaq

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları ilə bağlı konfransa qatılacaq General-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə yola düşüb
Hərbi
16 May , 2017 12:18
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışları ilə bağlı konfransa qatılacaq
Mod.gov.az

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının cari ilin iyul 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi