Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcəklər

Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcəklər Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunan hərbi paradda iştirak etmək üçün Minsk şəhərinə gediblər.
Hərbi
28 İyun , 2019 09:58
Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcəklər
mod.gov.az

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunan hərbi paradda iştirak etmək üçün Minsk şəhərinə gediblər.  

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın hərbi qulluqçuları digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi