Azərbaycan hərbçiləri Almaniyada təlimdən qayıdıb

Azərbaycan hərbçiləri Almaniyada təlimdən qayıdıb Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.
Hərbi
1 Oktyabr , 2019 18:41
Azərbaycan hərbçiləri Almaniyada təlimdən qayıdıb

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi