Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü Batumidə keçiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü Batumidə keçiriləcək Görüşdə memorandum imzalanacaq
Hərbi
23 İyun , 2016 09:44
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü Batumidə keçiriləcək

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü iyulun sonu - avqustun əvvəlində Batumidə keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.

Nazir üç ölkənin nazirliyinin iclasda imzalanacaq memorandum üzrərində çalışdığını qeyd edib:

"Türkiyə müdafiə nazirinin dəyişməsi görüşümüzü bir qədər təxirə saldı. Görüşün iyulun əvvəlində keçirilməsi planlaşdırılırdı, amma o, iyulun sonunda və ya avqustun əvvəlində Batumidə keçiriləcək. Görüşdə memorandum imzalanacaq. Biz bütün məsələlərin birgə həllinə səy göstəririk".

Son xəbərlər

Orphus sistemi