Yuxarı

Azərbaycan-Fransa hərbi əməkdaşlıq planına uyğun olaraq təcrübə mübadiləsi aparılır

Azərbaycan-Fransa hərbi əməkdaşlıq planına uyğun olaraq təcrübə mübadiləsi aparılır
Hərbi Dəniz Qüvvələrində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” seminarı keçirilir

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə “Dəniz təhlükəsizliyi”, “Qaçaqmalçılığa qarşı fəaliyyətlər”, “Dənizdə çirklənmənin qarşısının alınması” və digər mövzularda məruzələr dinləniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi