Yuxarı
    Bağlamaq

    ​Azərbaycan əsgəri şəhid olub

    MN: Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır

    Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçu əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

    Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.

    Azərbaycan Silahlı Qüvvələri tərəfindən cavab tədbirləri görüləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi