Yuxarı
    Bağlamaq

    Azərbaycan əfqan pilotlara təlim keçəcək

    Azərbaycan həmçinin əfqan kadetlərə təlim keçib, ölkənin təhlükəsizlik qüvvələrinə tibbi yardım göstərməyə hazırdır

    Bakı. 1 iyun. REPORT.AZ/ "Azərbaycan Əfqanıstan Hava Qüvvələri və adıçəkilən ölkənin təhlükəsizlik qurumlarını dəstəkləyəcəyinə zamin durub. Bu məqsədlə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq qurulması planlaşdırılır".

    "Report" "KhaamaPress"ə istinadən xəbər verir ki, bunu Əfqanıstan Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tavab Qhorzanq deyib.

    Şuranın sözçüsü Bakıda keçirilən görüşlər zamanı Azərbaycan tərəfinin Əfqanıstan Silahlı Qüvvələrinə dəstək verməyə, o cümlədən gənc əfqan pilotlara təlim keçirilməsi məsələsində yardım etməyə hazır olduğunu bildirib.

    Onun sözlərinə görə, Azərbaycan həmçinin əfqan kadetlərə təlim keçib, ölkənin təhlükəsizlik qüvvələrinə tibbi yardım göstərməyə hazırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi