Yuxarı

Azərbaycan "Dubai Airshow 2015" beynəlxalq aviasiya sərgisində iştirak edəcək

Tədbirdə Azərbaycanı aviatexnikanın təmiri və təkmilləşdirilməsində ixtisaslaşan şirkət təmsil edəcək

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan yeddinci dəfə noyabrın 8-12-də Dubayda keçiriləcək "Dubai Airshow 2015" beynəlxalq aviasiya sərgisində iştirak edəcək.

"Report" xəbər verir ki, Azərbaycanı aviatexnikanın təmiri və təkmilləşdirilməsində ixtisaslaşan "Azairtechservice" şirkəti təmsil edəcək.

Həmçinin Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun da sərgiyə gedəcəyi gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi