Azərbaycan döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib - VİDEO

Azərbaycan döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib - VİDEO Tam hazır vəziyyətə gətirilən 50-dən çox hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib
Hərbi
15 Noyabr , 2016 18:10
Azərbaycan döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib - VİDEO

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, aviasiya vasitələrinin, şəxsi heyətin döyüş hazırlığı və HHQ-nin müasir avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətləri yoxlanılıb.

Tam hazır vəziyyətə gətirilən 50-dən çox hərbi təyyarə və helikopterlər ehtiyat aerodromlardan döyüş uçuşları yerinə yetirib.

Havaya qaldırılmış aviasiya düşmənin fəaliyyətinin qarşısının alınması və qəflətən qarşıya çıxan düşmən hədəflərinin atəşlə məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi